Rumıniyanın Baş naziri Viktor Pontadan

13 dekabr 2013, 10:20

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ali dövləti vəzifənizdə uğurlar diləyirəm.

Bu il iyunun 27-də Bakıya səfərim zamanı Sizinlə keçirdiyim görüş Rumıniya-Azərbaycan münasibətlərinin dinamikasının artması baxımından böyük əhəmiyyət daşıyır. Apardığımız müzakirələr enerji və nəqliyyat sahələrini əhatə edən Strateji Tərəfdaşlığın əsasında iqtisadi əməkdaşlığımızın daha da dərinləşməsi üçün böyük imkanlar yaratmışdır. Həmin müzakirələr, eyni zamanda, Azərbaycanın Rumıniyaya yeni sərmayələr qoyması baxımından da böyük əhəmiyyətə malikdir.

Eyni zamanda, qeyd etmək istəyirəm ki, Rumıniya Mərkəzi Asiya və Avropa arasında malların daşınmasında tranzit potensialından istifadə etmək üçün Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa böyük önəm verir. Qara dəniz və Xəzər dənizi arasında yükdaşıma nəqliyyat dəhlizi layihəsi buna əyani sübutdur.

Əminəm ki, bu birgə layihələr, o cümlədən Birgə İqtisadi Komissiyanın işinin yekunları iqtisadi münasibətlərimizin potensialından bəhrələnməyə töhfə verəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək əminliyimi bildirmək istəyirəm ki, ölkələrimiz arasındakı yüksək səviyyəli dialoq daha da inkişaf edəcəkdir.

Hörmətli cənab Prezident, əminəm ki, Rumıniya ilə Azərbaycan arasında münasibətlərin dinamik inkişafı bundan sonra da davam edəcəkdir.

Viktor Ponta
Rumıniyanın Baş naziri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55