Qvatemala Respublikasının Prezidenti Otto Fernando Perez Molinadan

07 dekabr 2013, 13:20

Zati-aliləri,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Qvatemala xalqının, hökumətinin adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Əminəm ki, prezidentliyinizin yeni dövründə Azərbaycan ilə Qvatemala arasında dostluq münasibətləri daha da güclənəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə ən dərin ehtiramımı bildirir, möhkəm cansağlığı arzulayır, ali dövləti vəzifənizdə uğurlar diləyirəm.

Hörmətlə,

Otto Fernando Perez Molina
Qvatemala Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55