ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri Rza Vəziridən

06 dekabr 2013, 17:00

Hörmətli cənab Prezident,

Vaşinqtondakı ABŞ-Azərbaycan Ticarət Palatası adından Sizi salamlayır, oktyabrın 9-da keçirilmiş prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Prezidentliyinizin yeni mərhələsində bol-bol uğurlar arzulayıram. Əminik ki, Azərbaycan Sizin rəhbərliyiniz ilə növbəti iqtisadi layihələrin həyata keçirilməsində də böyük uğurlar qazanacaqdır.

Apardığınız məqsədyönlü siyasətin nəticəsində Azərbaycanın iqtisadiyyatı və beynəlxalq əlaqələri dinamik sürətdə inkişaf edir. Bu inkişaf bizim Ticarət Palatamızın Azərbaycan Respublikası ilə ABŞ arasında işgüzar əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyəti üçün daha da münbit zəmin yaradır. Sizin səyləriniz sayənizdə bunun davamlı olacağına inanır, Sizə möhkəm cansağlığı və uğurlar diləyirəm.

Hörmətlə,

Rza Vəziri
ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55