Məhkəmə Administrasiyası üzrə Beynəlxalq Assosiasiyanın baş icraçı direktoru Cefri Apersondan Məhkəmə Administrasiyası üzrə Beynəlxalq Assosiasiyanın Mərkəzi Asiya-Hindistan üzrə vitse-prezidenti Eldar Məmmədovdan

04 dekabr 2013, 15:00

Zati-aliləri,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik etməkdən böyük qürur duyuruq.

Xalqın böyük inamı Sizin gənc Azərbaycan dövlətinin güclənməsinə və inkişafına, iqtisadiyyatın sürətlə artmasına və Azərbaycanın dünya ictimaiyyətinə fəal inteqrasiyasına istiqamətlənmiş siyasi kursunuza seçicilərin dəstəyinin göstəricisidir.

Son illərdə Azərbaycan Sizin rəhbərliyinizlə yüksək iqtisadi nəticələr əldə etmiş və təkcə regionda deyil, bütün dünyada böyük nüfuz qazanmışdır. Ölkədə mütərəqqi demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu işi davam etdirilir və qanunun aliliyinin, məhkəmələrə pulsuz müraciətin və ədalətli mühakimənin təmin edilməsi üçün hüququ islahatlar həyata keçirilir.

Sizin səylərinizi yüksək qiymətləndirərək məhkəmə xidməti sahəsinin müasirləşdirilməsi məsələsində Azərbaycan ilə əməkdaşlıq etməyə hazır olduğumuzu bildiririk.

Hörmətli cənab Prezident, Azərbaycan Respublikasının tərəqqisi və xalqın rifahının yüksəlməsi işində Sizə uğurlar arzu edirik.

Hörmətlə,

Cefri Aperson
Məhkəmə Administrasiyası üzrə Beynəlxalq Assosiasiyanın
baş icraçı direktoru

Eldar Məmmədov
Məhkəmə Administrasiyası üzrə Beynəlxalq Assosiasiyanın Mərkəzi Asiya-Hindistan üzrə
vitse-prezidenti

SƏNƏDLƏR Sərəncamlar 25 aprel 2025
17:24
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək On Üçüncü sessiyasının (WUF13) milli koordinatorunun təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanda şəhərsalma fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və dövlətin...

25 aprel 2025, 17:24
SƏNƏDLƏR Sərəncamlar 25 aprel 2025
17:22
Müstəqil Dövlətlər Birliyinin Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şurasında Azərbaycan Respublikasının səlahiyyətli qurumunun müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli 427-VIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi...

25 aprel 2025, 17:22