Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Vələd Əbdüləzizdən

03 dekabr 2013, 14:00

Zati-aliləri,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı və müvəffəqiyyət, dost Azərbaycan xalqına inkişaf və rifah diləyirəm.

Fürsətdən istifadə edərək, Mavritaniya və Azərbaycanı yaxınlaşdıran, dost xalqlarımızın mənafeyinə xidmət edən əməkdaşlıq əlaqələrinin inkişafı sahəsində birgə səylərimizin davam edəcəyinə əminliyimi bildirirəm.

Allah Sizə yar olsun.

Böyük ehtiramla,

Məhəmməd Vələd Əbdüləziz
Mavritaniya İslam Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55