Zati-aliləri cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi İspaniya Hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm.
Əminəm ki, prezidentliyinizin yeni dövründə ölkələrimiz arasındakı yaxşı əlaqələr daha da möhkəmlənəcəkdir. Sizə ölkələrimizi biri-birinə bağlayan ənənəvi dostluq ruhunda ən xoş arzularımı yetirir, əziz Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.
Bu xoş fürsətdən istifadə edərək ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Mariano Rahoy Brey
İspaniyanın Baş naziri