12:37
Hörmətli cənab Çavuşoğlu,
Ailənizə üz vermiş ağır itki – atanız Osman Çavuşoğlunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu üzüntülü anlarda dərdinizə şərik çıxır, Sizə və ailənizin...
18 aprel 2025, 12:37Prezident İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasında sərgilərin tərtibatının təşkili ilə tanış olmuşdur.
Azərbaycan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən birdir. Tətbiqi sənətin nadir nümunələrinin toplandığı Xalça Muzeyi ayrı-ayrı dövrlərdə müxtəlif ünvanlarda yerləşmişdir. Ölkəmizin nadir incilərindən olan xalçaların daha geniş və səmərəli nümayişi məqsədilə Prezident İlham Əliyevin Sərəncamına əsasən Muzey üçün xüsusi binanın tikilməsi qərara alınmışdı. Hazırda orijinal üslubda inşa olunmuş binada tikinti-quraşdırma işləri tam başa çatdırılaraq son tamamlama işləri aparılır. Burada 15 mindən çox eksponatdan ibarət nadir kolleksiya mühafizə olunur. Bu kolleksiyanın tamaşaçılara təqdimatı üçün binada müasir tipli sərginin nümunəsi yaradılır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verdi ki, müəllifi tanınmış avstriyalı memar Frans Yants olan Muzeyin yeni binasının əsas təyinatına ekspozisiya sərgilərinin təşkili, maarifləndirici proqramların işlənib hazırlanması, qeyri-maddi mədəni irsin qorunması, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi daxildir.
Muzeydə suvenir mağazası fəaliyyət göstərəcəkdir. Muzeyin kolleksiyasında, həmçinin XIX əsrin sonundan XX əsrin əvvəlinədək ölkəmizin müxtəlif bölgələrində hazırlanmış zərgərlik sənətinin nadir nümunələri toplanmışdır. Zirzəmidəki seyf otağı məhz həmin məmulatın saxlanılması üçün nəzərdə tutulmuşdur. Burada yaradılmış “A1” kateqoriyalı qoruma sisteminə əsasən seyf yalnız barmaq izi ilə açılır.
Dövlətimizin başçısı fondların qorunması otağına da baxdı. Burada ilk dəfə Azərbaycanda elektron idarəetmə və elektron yaddaşlı sistem qurulmuşdur.
Diqqətə çatdırıldı ki, Xalça Muzeyinin eksponatlarının sonradan yeni binanın müasir fondların qorunması otağında yerləşdirilməsi məqsədilə onların müvafiq vəziyyətə gətirilməsi üçün bir neçə ay vaxt tələb olunur. Muzeyin ekspozisiyası xalça sənətində əsas bədii istiqamətləri dəqiq əks etdirməklə onların özünəməxsus xüsusiyyətlərini, həmçinin materiallarını, işləmələrin texnikasını, incə və çox dərin bədii xüsusiyyətləri ilə ahəngdarlığını, aydın şəkildə təsnifatını açıq göstərir.
Prezident İlham Əliyev Xalça Muzeyinin yeni binasında ekspozisiyanın yerləşdirilməsi sxeminə baxdı. Burada Muzeyin 3D görüntüsü də təqdim olunur.
Xalçaların toxunması və naxışları barədə qısa filmin təqdimatından sonra dövlətimizin başçısı sərgilənən xalçalarla tanış oldu.
Ekspozisiyadakı xalçalar arasında XVII, XVIII, XIX və XX əsrlərdə toxunan dünya şöhrətli kompozisiyalara rast gəlmək olar. Burada, həmçinin zamanın diktə etdiyi ənənəvi xalq üslublu süjetlərin müəllifi olan rəssamların müasir işləri əks etdirilir.
Prezident İlham Əliyev Azərbaycanda ən böyük ölçülü xalçaya baxdı.
Muzeyin sərgi konsepsiyası adi sərgilərdən fərqlənir. Əsas eksponatlar – xalçalar qövsşəkilli divarlardan asılır, onların da əksi bütün yuxarı mərtəbələrdən görünür. Bunun sayəsində sərginin böyük hissəsini müxtəlif rakurslardan izləmək mümkündür. Hər mərtəbədə muzeyin fondundan digər əşyaların və eksponatların sərgilənməsi üçün vitrinlər və platformalar quraşdırılmışdır ki, bu da sərgiyə tam dolğunluq verir və tamaşaçıların sərgini daha yaxşı izləməsinə şərait yaradır. Muzeydə nümayiş zalı da vardır. Burada xalçalar, naxışlar, xalçaçılıq sənətindəki ənənələr barədə filmlər nümayiş olunacaqdır.
Dövlətimizin başçısı buradakı xidməti otaqlara da baxdı.
Bildirildi ki, terrasda açıq səma altında sərgilərin təşkili mümkün olacaqdır.
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasında sərgilərin tərtibatının təşkili ilə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.
Hörmətli cənab Çavuşoğlu,
Ailənizə üz vermiş ağır itki – atanız Osman Çavuşoğlunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu üzüntülü anlarda dərdinizə şərik çıxır, Sizə və ailənizin...
18 aprel 2025, 12:37Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının...
17 aprel 2025, 16:58Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 17-ci və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr...
17 aprel 2025, 16:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi...
17 aprel 2025, 16:54Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər...
17 aprel 2025, 16:52Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan...
17 aprel 2025, 16:50Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral...
17 aprel 2025, 16:48Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan...
17 aprel 2025, 16:46Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının...
17 aprel 2025, 16:44Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında”...
17 aprel 2025, 16:42Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci il yanvarın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Latviya Respublikasının...
17 aprel 2025, 16:40