Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 330-IIQ nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 256; 2008, № 11, maddə 955) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Qanunla təsdiq edilmiş “Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medalının təsviri”ndə:
1.1. birinci hissədə “milli” sözündən əvvəl “mərkəzində aypara və səkkizguşəli ulduz olan” sözləri əlavə edilsin, “35 mm girdə” sözləri “36 mm ölçülü” sözləri ilə əvəz edilsin;
1.2. beşinci hissənin birinci cümləsində “səthlidir,” sözündən sonra “medalın seriyası və nömrəsi qeyd olunmaqla,” sözləri əlavə edilsin;
1.3. altıncı hissədə:
1.3.1. birinci cümlədə “27 mm x 43 mm” sözləri “37 mm x 50 mm” sözləri ilə əvəz edilsin;
1.3.2. hissəyə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:
“Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü, medalın 1-ci və 2-ci dərəcəsi üçün qızılı, 3-cü dərəcəsi üçün gümüşü rəngli, eni 4 mm olan təbəqə bərkidilir.”;
1.4. yeddinci hissədə “27 mm x 9 mm” sözləri “37 mm x 10 mm” sözləri ilə əvəz edilsin.
2. Həmin Qanuna əlavə edilmiş “Qüsursuz xidmətə görə” medalının eskizi bu Qanuna əlavə olunmuş “Qüsursuz xidmətə görə” medalının 1-ci, 2-ci və 3-cü dərəcələr üzrə yeni eskizləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2013-cü il.