Timor-Leste Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Taur Matan Ruaka

27 noyabr 2013, 18:35

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqilliyin elan edilməsi günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Timor-Leste arasında təşəkkül tapmaqda olan münasibətlər dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 25 noyabr 2013-cü il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55