15:05
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksinin açılışında iştirak edib.
09 may 2025, 15:05
Prezident İlham Əliyev İraq Respublikasının ticarət naziri Şəfaəddin Məhəmməd Əl-Safinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlət başçısı Azərbaycanla İraq arasında siyasi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. Ölkələrimizin beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq etdiyini, bir-birinə daim qarşılıqlı dəstək verdiyini qeyd edən Prezident İlham Əliyev bu dəstəyin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirdi. İqtisadi sahədə əməkdaşlığa toxunan dövlətimizin başçısı bu sahədə əlaqələrimizi inkişaf etdirmək üçün geniş imkanların olduğunu dedi və bu imkanlardan səmərəli istifadə etməyin zəruriliyini vurğuladı. Prezident İlham Əliyev iqtisadi sahədə əlaqələrimizin irəli aparılmasında qonağın ölkəmizə səfərinin mühüm rol oynayacağını dedi. Dövlətimizin başçısı İraq Respublikasının ticarət naziri Şəfaəddin Məhəmməd Əl-Safinin ölkəmizdə keçirəcəyi çoxsaylı görüşlər barədə məlumatlı olduğunu bildirərək, bu görüşlərin yaxşı nəticələr verəcəyinə əminliyini ifadə etdi.
İraq Respublikasının ticarət naziri Şəfaəddin Məhəmməd Əl-Safi İraq Prezidenti Cəlal Talabaninin və İraqın Baş naziri Nuri Əl-Malikinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Prezident İlham Əliyevi Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər münasibətilə təbrik etdi. İraqın ticarət naziri Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə, xüsusilə də iqtisadi sahədə əməkdaşlığın inkişafına böyük töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.
Dövlət başçısı İraq Prezidenti Cəlal Talabaninin və Baş nazir Nuri Əl-Malikinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İraq Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksinin açılışında iştirak edib.
09 may 2025, 15:05Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.
09 may 2025, 14:40Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
09 may 2025, 14:01Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər.
09 may 2025, 13:55Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.
09 may 2025, 13:49Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel...
09 may 2025, 10:56Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan...
09 may 2025, 10:54Hörmətli cənab Federal Kansler,
Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, dost Almaniya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar...
09 may 2025, 10:52Hörmətli cənab Prezident,
Ekvador Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Ekvador arasında dostluq...
09 may 2025, 10:50Zati-müqəddəsləri.
Roma Papası seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi,...
09 may 2025, 10:40