BMT-nin baş katibi Pan Gi Mundan

26 noyabr 2013, 16:30

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, ən xoş arzularımı çatdırıram.

Əminəm ki, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımız həm birbaşa BMT, həm də təşkilatın Azərbaycandakı nümayəndəliyi ilə gələcəkdə də davam etdiriləcəkdir. Mən Azərbaycanın BMT-nin dəyər və prinsiplərinə sədaqətinə güvənirəm. Bu ilin oktyabr ayında Təhlükəsizlik Şurasının sədri kimi səmərəli fəaliyyətinə görə Azərbaycana təşəkkür edir və Birləşmiş Millətlər Təşkilatı ilə birgə sülh, təhlükəsizlik və davamlı inkişaf sahəsində qlobal çağırışların həllinə vacib töhfələrinizi yüksək qiymətləndirirəm.

Zati-aliləri, dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Pan Gi Mun
BMT-nin baş katibi

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55