Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Zati-aliləri cənab Jelko Komşiçə

23 noyabr 2013, 17:40

Hörmətli cənab Sədr,

Bosniya və Herseqovinanın milli bayramı – Dövlətçilik günü münasibətilə Sizə və bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm. 

İnanıram ki, Azərbaycan ilə Bosniya və Herseqovina arasındakı ənənəvi dostluq münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da inkişaf edərək xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Bosniya və Herseqovinanın dost xalqına sülh və firavanlıq diləyirəm. 

Hörmətlə, 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 noyabr 2013-cü il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55