15:05

Prezident İlham Əliyev Zambiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Frederik Şumba Hapundanın etimadnaməsini qəbul etmişdir.
Səfir Frederik Şumba Hapunda fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Frederik Şumba Hapunda etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Səfir Frederik Şumba Hapunda Zambiya Respublikasının Prezidenti Маykl Satanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycanın sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Ölkəsinin Azərbaycan ilə əməkdaşlığın enerji, sənaye, turizm, kənd təsərrüfatı, ticarət və digər sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu deyən Frederik Şumba Hapunda bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirdi. İkitərəfli münasibətlərimizin inkişafı üçün geniş imkanların olduğunu qeyd edən diplomat ölkələrimizin BMT-də və digər beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etdiyinin diqqətə çatdırdı.
Dövlət başçısı İlham Əliyev Azərbaycan ilə Zambiya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, ticarət, biznes sahələrində inkişaf etdirilməsi üçün imkanların öyrənilməsinin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin BMT çərçivəsində fəal əməkdaşlığının önəmini qeyd etdi. Dövlətimizin başçısı Frederik Şumba Hapundanın Azərbaycandakı diplomatik fəaliyyəti müddətində əməkdaşlığımızın inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev Prezident Маykl Satanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Zambiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel...
09 may 2025, 10:56Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan...
09 may 2025, 10:54Hörmətli cənab Federal Kansler,
Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, dost Almaniya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar...
09 may 2025, 10:52Hörmətli cənab Prezident,
Ekvador Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Ekvador arasında dostluq...
09 may 2025, 10:50Zati-müqəddəsləri.
Roma Papası seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi,...
09 may 2025, 10:40