Bolqarıstan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin müavini, Azərbaycan Respublikasında keçirilən prezident seçkilərində müşahidəçi Mariya Musorliyevadan

20 noyabr 2013, 17:00

Hörmətli cənab Prezident,

Azərbaycan Respublikasında keçirilən prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi təbrik edirəm.
Sizə möhkəm cansağlığı, gözəl ölkənizə isə uğurlar və sabit inkişaf diləyirəm.

Mən Azərbaycanda prezident seçkilərini müşahidə etmişəm. Seçkilərin yüksək səviyyədə təşkil edildiyini və şəffaf şəraitdə keçirildiyini bildirməkdən çox məmnunam. Hələ indiyədək heç bir ölkədə seçkiyə bu qədər məsuliyyətli münasibətlə qarşılaşmamışam.

Sizə ali dövləti vəzifənizdə uğurlar, Azərbaycan xalqına rifah diləyirəm.

Dərin ehtiramla,

Mariya Musorliyeva
Bolqarıstan Respublikası Mərkəzi Seçki
Komissiyası sədrinin müavini,

Azərbaycan Respublikasında keçirilən
prezident seçkilərində müşahidəçi

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55