Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Həştərxan azərbaycanlıları səmimi qəlbdən təbrik edirlər.
Sizin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, xüsusən Həştərxan vilayəti arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş fəaliyyətinizi, habelə Azərbaycan dövlətinin diaspora göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiririk.
Hörmətli Prezident, Sizə möhkəm cansağlığı, doğma Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq.
Hörmətlə,
Ədalət Hüseynov
“Ümumrusiya Azərbaycanlılar Konqresi” İctimai Təşkilatının
Həştərxan regional bölməsinin sədri