Hörmətli cənab Prezident,
“Ümumrusiya Azərbaycanlılar Konqresi” İctimai Təşkilatının Stavropol diyarı üzrə regional bölməsinin üzvləri adından Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirik.
Siz postsovet məkanında yeni siyasi və iqtisadi şəraitdə əsaslı dəyişikliklərə, müstəqil ölkələr arasında prinsipcə yeni əlaqələr yaradılmasına nail olmusunuz. Geosiyasi proseslərin mərkəzində olan Azərbaycan inkişafın və sabitliyin nadir modelini yaratmışdır.
İqtisadi sahədə keçid mərhələsini uğurla başa çatdıran Azərbaycanda rifah yüksəlmiş, cəmiyyətdə gələcəyə möhkəm inam formalaşmışdır.
Sənaye sürətlə inkişaf edir. Ölkəyə xarici kapital axını artır. Rəqabətin güclənməsi Azərbaycanda həyatın keyfiyyətcə yeni səviyyəyə qalxmasına imkan yaratmışdır. İri iqtisadi layihələri reallaşdırmaq mümkün olmuşdur.
Ölkənin inkişafının əsasını müdrik rəhbərlik təşkil edir. Stavropol diyarında yaşayan azərbaycanlılar, cənab Prezident, Sizin fəaliyyət xəttinizi bütünlüklə bəyənir və dəstəkləyirlər.
Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, qafqazlılara xas olan uzun ömür, Vətənimizin rifahı naminə yaradıcılıq uğurları, doğma Azərbaycana sülh və firavanlıq arzulayırıq.
Hörmətlə,
Fəxrəddin Yarıyev
“Ümumrusiya Azərbaycanlılar Konqresi” İctimai
Təşkilatının Stavropol diyarı üzrə regional bölməsinin sədri,
Stavropolda azərbaycanlıların “Odlar yurdu” diaspor
təşkilatının prezidenti