“Ümumrusiya Azərbaycanlılar Konqresi” İctimai Təşkilatının Primorsk diyarı üzrə regional bölməsinin sədri Mərdan Novruzovdan

18 noyabr 2013, 17:10

Hörmətli İlham Heydər oğlu,

Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə “Ümumrusiya Azərbaycanlılar Konqresi” İctimai Təşkilatının Primorsk diyarı üzrə regional bölməsi adından və bu diyarda yaşayan bütün azərbaycanlılar adından ən səmimi təbriklərimizi qəbul edin.

Rusiyanın Primorsk diyarında yaşayan bütün azərbaycanlıların hər biri bu xoş xəbəri böyük sevinc və ruh yüksəkliyi ilə qarşıladı. Sizin uzaqgörənliyiniz, müdrikliyiniz və daimi səyləriniz sayəsində doğma Azərbaycanımız yeni əsrin əvvəlindən başlayaraq hər il yeni-yeni zirvələr fəth edir. Azərbaycan Respublikasının iqtisadiyyatda, sosial sahədə, beynəlxalq arenada qazandığı sanballı uğurlar və gözəl nailiyyətlər dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur mənbəyidir.

Bizim hər birimiz tarixi Vətənimizin uğurları ilə fəxr edirik. Azərbaycanda həyatın bütün sahələrində aparılan islahatlar Sizin şəksiz rəhbər istedadınız, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi inkişaf xəttinin davamçısı kimi səyləriniz sayəsində mümkün olmuşdur.

Sizin ölkəmizə, xalqımıza sevginiz, uzaqgörənliyiniz, əzmkarlığınız Azərbaycanın sürətlə inkişaf etməsinə, azərbaycanlılar yaşayan ölkələrlə münasibətlərin daha da möhkəmlənməsinə və genişlənməsinə təkan vermişdir.

Ölkəmizin möhtəşəm tərəqqisi onun hüdudlarından uzaqlarda da məlumdur. Həqiqətən Cənubi Qafqazın incisi olan Azərbaycanın nailiyyətləri dünyanın böyük dövlətləri tərəfindən etiraf edilir və qiymətləndirilir.

Sizin liderlik istedadınız və təcrübəniz bundan sonra da Azərbaycanın inkişafının və xalqımızın firavanlığının rəhni olacaqdır.

Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edir, Sizə möhkəm cansağlığı, bol-bol sevinc, tükənməz enerji, doğma Azərbaycanın rifahı naminə bütün işlərinizdə və təşəbbüslərinizdə daim uğurlar arzulayırıq.

Hörmətlə,

Mərdan Novruzov

“Ümumrusiya Azərbaycanlılar Konqresi” İctimai Təşkilatının
Primorsk diyarı üzrə regional bölməsinin sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55