Ümumrusiya Azərbaycan Konqresi Ryazan regional bölməsinin sədri, siyasi elmlər namizədi Samir Qarayevdən

16 noyabr 2013, 17:05

Hörmətli İlham Heydər oğlu,

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Ryazan azərbaycanlıları adından təbrik edirik.

Cənab Prezident, əminik ki, millətlərarası və konfessiyalararası əməkdaşlığın möhkəmlənməsi üçün əlindən gələni edən və edəcək, Azərbaycanın və Azərbaycan xalqının maraqlarını, hüquq və azadlıqlarını müdafiə edəcək əsl milli lider, vətənpərvər və təcrübəli siyasi xadim, mərd və etibarlı insan məhz Sizsiniz.

Sizin səmərəli şəkildə həyata keçirdiyiniz ölkənin sosial-iqtisadi inkişafı siyasəti və onun beynəlxalq mövqelərinin möhkəmlənməsi Azərbaycanda əhalinin rifahının yaxşılaşmasına, qarşılıqlı anlaşmaya, millətlərarası həmrəyliyə və vətəndaş cəmiyyətinin birləşməsinə gətirib çıxaracaqdır.

Sizə ali dövləti vəzifənizdə səmimi qəlbdən uğurlar, qarşıya qoyulmuş bütün məqsədlərə nail olmağı, habelə Sizə və bütün Azərbaycana firavanlıq arzulayıram.

Hörmətlə,

Samir Qarayev

Ümumrusiya Azərbaycan Konqresi Ryazan regional
bölməsinin sədri, siyasi elmlər namizədi

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55