Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi rəhbərlik etdiyim diaspor cəmiyyətinin adından səmimi qəlbdən təbrik edirəm.
Seçkilərdə qazandığınız inamlı qələbə ölkədə apardığınız davamlı sosial-iqtisadi islahatların əhali tərəfindən dəstəklənməsinin, Azərbaycanın beynəlxalq aləmdə mövqelərini möhkəmləndirən siyasətinizin nəticəsidir.
Sizə Prezidentliyinizin növbəti dönəmində yeni-yeni uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik arzulayırıq.
Hörmətlə,
İradə Uluxanlı
Niderland Krallığındakı Azərbaycan Cəmiyyətinin sədri