Rusiyanın Novosibirsk şəhərindəki Türkdilli Əhaliyə Dəstək üzrə “İnkişaf” Beynəlxalq Xeyriyyə Fondunun sədri Mirkazım Seyidovdan

16 noyabr 2013, 17:00

Çox hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Türkdilli Əhaliyə Dəstək üzrə “İnkişaf” Beynəlxalq Xeyriyyə Fondu adından təbrik edirəm.

Seçkilərdə inamlı qələbəniz Sizin ölkə əhalisi arasında böyük hörmət və nüfuz qazanmağınızı əyani şəkildə sübut edir.
Sizin rəhbərliyinizlə Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində qazandığı böyük uğurları burada - uzaq Sibirdə təkcə azərbaycanlılar deyil, bir sıra millətlərin nümayəndələri də diqqətlə izləyirlər.

Siz zəngin təcrübəli dövlət rəhbəri və müdrik siyasi xadim kimi təkcə azərbaycanlılara qayğı göstərməklə kifayətlənmir, türkdilli xalqların inkişafına, türkdilli ölkələr arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə şərait yaradırsınız.
Sizin çoxtərəfli fəaliyyətiniz sayəsində Azərbaycan dünya siyasi arenasında nüfuz qazanmışdır.

Əminik ki, növbəti beş ildə də Azərbaycan Sizin rəhbərliyinizlə sürətli inkişafını davam etdirəcəkdir.

Sizi bir daha səmimi qəlbdən təbrik edir, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar diləyirik. Sizin rəhbərliyinizlə Azərbaycan xalqına nailiyyətlər və firavanlıq arzu edirik.

Hörmətlə,

Mirkazım Seyidov
Rusiyanın Novosibirsk şəhərindəki Türkdilli Əhaliyə Dəstək üzrə “İnkişaf” Beynəlxalq Xeyriyyə Fondunun sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55