Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Rusiya Federasiyasının Rostov vilayətinin Azərbaycan diasporu adından ən səmimi təbriklərimizi qəbul edin. Seçkilərdə inamlı qələbəniz Sizin yüksək siyasi nüfuzunuzun, ölkənin sosial-iqtisadi inkişafının, onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə yönəlmiş siyasi kursunuzun Azərbaycan xalqı tərəfindən fəal dəstəklənməsinin təsdiqidir.
Rusiyanın Rostov vilayətində yaşayan azərbaycanlılar Sizə yeni qələbələr, möhkəm cansağlığı, bütün dünya azərbaycanlılarına sevinc, səadət, sülh və firavanlıq arzulayırlar.
Hörmətlə,
Şakir Allahverdiyev
“Ümumrusiya Azərbaycanlılar Konqresi” İctimai
Təşkilatının Rostov regional bölməsinin sədri