Rusiya Federasiyasının Kaluqa vilayətindəki “Avrora” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, Əməkdar Kənd Təsərrüfatı İşçisi Balaxan Səfərovdan

15 noyabr 2013, 17:35

Hörmətli İlham Heydər oğlu,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Xalqımızın gözəl ənənələri çoxdur, lakin öz xalqını və Vətənini müdafiə etmək ənənəsi xüsusilə müqəddəsdir. Sizin fəaliyyətiniz bizim üçün öz işinə fədakarlıqla xidmət, Vətənə məhəbbət nümunəsi olmuşdur və bu gün də belədir.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz Sizin xidmətlərinizə verilən ən yaxşı qiymətdir. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, uzun ömür və firavanlıq arzulayıram.

Hörmətlə,

Balaxan Səfərov

Rusiya Federasiyasının Kaluqa vilayətindəki
“Avrora” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru,
Əməkdar Kənd Təsərrüfatı İşçisi

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55