Rusiya Federasiyası, Kazan Dövlət Texnologiya Universitetinin professoru, kimya elmləri doktoru, “NOST” (SİBUR Holdinq, Tomsk şəhəri) riyazi modelləşdirmə və layihələrin texnoloji ekspertizası şöbəsinin rəisi Eldar Dəhnəvidən

15 noyabr 2013, 17:25

Hörmətli cənab Prezident,

Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Qanunauyğun nəticə olan bu qələbə öz ümidlərini və gələcəyini şəxsən Sizinlə bağlayan xalqımızın Zati-alinizə yüksək etimadına dəlalət edir.

Ailəm adından Sizə və doğmalarınıza möhkəm cansağlığı arzu edirəm. Sizə bundan sonra da Azərbaycan xalqına şərəflə xidmət etməyinizi, dahi Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolunda, Vətənimizin çiçəklənməsi yolunda yeni zirvələr fəth etməyinizi diləyirəm.

Biz tarixi vətənimiz olan Azərbaycanın uğurlarına sevinirik və inanırıq ki, Siz qarşıda hələ çox qələbələr qazanacaqsınız. Biz Sizi sevirik, Sizinlə fəxr edirik! Allah Sizi qorusun!

Hörmətlə,

Eldar Dəhnəvi

Rusiya Federasiyası, Kazan Dövlət Texnologiya Universitetinin professoru, kimya elmləri doktoru,
“NOST” (SİBUR Holdinq, Tomsk şəhəri) riyazi modelləşdirmə və layihələrin texnoloji ekspertizası şöbəsinin rəisi

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55