Cənab Prezident,
İcazə verin seçkilərdə inamlı qələbəniz və yenidən Azərbaycan Respublikasının ali dövləti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edim.
Seçicilərin mütləq əksəriyyətinin Sizi dəstəkləməsi bir daha göstərdi ki, ölkəmiz sabitlik, sülh, daxili və xarici siyasətin uğurla həyata keçirilməsi yolu ilə irəliləyir.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, sevimli Vətənimizin daha da inkişafı naminə uğurlar arzu edirəm.
Dərin hörmətlə,
Xanoğlan Əliyev
Rusiya Federasiyasının Ximki şəhərində Azərbaycanlıların
Milli-Mədəni Muxtariyyətinin sədri, Şəhər Sovetinin deputatı