Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Ali dövləti vəzifənizdə Sizə uğurlar arzu edirəm.
Azərbaycan Respublikası ilə Avropa İnvestisiya Bankı arasındakı səmərəli əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə ümid edirəm. Əminəm ki, Avropa İnvestisiya Bankı qarşılıqlı razılaşdırılmış “Avropa İttifaqı Bankı” layihəsinin maliyyələşdirilməsi ilə Azərbaycan Respublikası və Avropa İttifaqı arasındakı “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində əlaqələri daha da möhkəmləndirəcəkdir.
2013-cü il avqustun 29-da Azərbaycan Respublikası ilə bankımız arasında imzalanmış çərçivə razılığının Azərbaycan Hökuməti tərəfindən ratifikasiya olunacağına ümid edirəm. Bu sənəd Avropa İnvestisiya Bankına ölkənizin sürətli iqtisadi və sosial inkişafını dəstəkləmək üçün maliyyələşdirmə işlərini başlamağa imkan yaradacaqdır.
Xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin.
Hörmətlə,
Verner Hoyer
Avropa İnvestisiya Bankının prezidenti