Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Küveyt Dövlətində yaşayan azərbaycanlıları özündə birləşdirən “Vətənsevər” Mədəniyyət və Dostluq Cəmiyyətinin bütün üzvləri adından səmimi qəlbdən təbrik edirik.
Azad, demokratik şəkildə keçirilən seçkilərdə seçicilərin 84 faizdən çoxunun səsini qazanmağınız, ötən dövr ərzində gördüyünüz möhtəşəm işlərin əyani təzahürü, nəticəsi, isbatıdır.
Azərbaycan xalqının rifahının artması, iqtisadiyyatının tərəqqisi, Vətənimizin inkişafı və çiçəklənməsi yolunda yorulmaz fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyirik.
Dərin ehtiramla,
Könül Hacızadə
“Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq
Cəmiyyətinin sədri