İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olmuşdur

13 noyabr 2013, 11:15
İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olmuşdur

Prezident İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevi Türkiyənin Baş naziri Rəcəb Tayib Ərdoğan qarşıladı.

Görüşdə ikitərəfli əlaqələrimizin, dostluq və qardaşlıq münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə budəfəki rəsmi səfərinin əhəmiyyəti qeyd olundu. Ölkələrimizin qlobal layihələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığının genişləndirilməsinin, münasibətlərimizin möhkəmlənməsinin regional əməkdaşlıq baxımından önəmi vurğulandı və əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55