Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Azərbaycan Cənubi Qafqaz regionunda vacib qüvvədir. Sizin rəhbərliyinizlə Azərbaycanda demokratik proseslər daha da güclənmişdir.
Azərbaycan enerji böhranını həll etməkdə Avropaya əhəmiyyətli dərəcədə kömək göstərmişdir. Bununla yanaşı Azərbaycan terrorizmə qaşı qlobal mübarizədə ABŞ-ın etibarlı tərəfdaşıdır. ABŞ Əfqanıstan və İraqda aparılan sülhməramlı əməliyyatlarda Azərbaycanın göstərdiyi xidmətləri yüksək qiymətləndirir.
Ölkələrimiz açıq cəmiyyət qurulması və gələcək nəsillərin təhlükəsizliyinin təmin edilməsi kimi mühüm məqsədlərdə müttəfiqdir. Azərbaycanın parlaq gələcəyi vardır və mən bir daha qələbəniz münasibətilə Sizi təbrik edirəm.
Dərin ehtiramla,
Duq Kollins
ABŞ Konqresi Nümayəndələr Palatasının üzvü