Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının ali dövləti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Çox şadam ki, Azərbaycan xalqı Sizin peşəkarlığınızı, müdrikliyinizi, Vətənin rifahı naminə səmərəli fəaliyyətinizi yüksək qiymətləndirmişdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, nikbinlik, Ukrayna və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsi yolunda yeni uğurlar arzulayıram.
Hörmətlə,
Sadıq Tağıyev
Ukraynanın Çerniqov vilayəti Apelyasiya
Məhkəməsinin sədri