Ukrayna Beynəlxalq Universiteti şərqşünaslıq kafedrasının müdiri, “Kiyev-Mohıla Akademiyası” Dövlət Universitetinin müəllimi professor Fərhad Turanlıdan

12 noyabr 2013, 15:35

Möhtərəm cənab Prezident,

Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməniz münasibətilə təbrik edir, fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Xaricdə ictimai-elmi fəaliyyət göstərən vətənpərvər soydaşlarımız əmindirlər ki, Siz Ulu Öndərimizin müdrik siyasətini davam etdirərək Azərbaycan Respublikasının daha böyük uğurlar qazanmasına nail olacaqsınız.

Sizi əmin edirəm ki, diaspor və lobbiçilik fəaliyyətimizi gücləndirərək vətənimiz Azərbaycanın milli mənafelərini bundan sonra da ləyaqətlə müdafiə edəcəyik.

Hörmətlə,

Professor Fərhad Turanlı

Ukrayna Beynəlxalq Universiteti
şərqşünaslıq kafedrasının müdiri,
“Kiyev-Mohıla Akademiyası”
Dövlət Universitetinin müəllimi

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55