XƏBƏRLƏR
10 may 2025
12:40
12:40
Prezident İlham ƏliyevTürkiyə Respublikasına rəsmi səfərə gəlmişdir.
Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın “Esenboğa” hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qardaş ölkənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim edildi.