“Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)” Azərbaycan Respublikasının yubiley medalının Təsviri

17 oktyabr 2013, 19:00

Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 721-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) naxışvurma üsulu ilə mis-sink xəlitəsindən tökülmüş, diametri 40 mm olan dairəvi lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində burulmuş qaytan formasında dekorativ elementlə əhatələnmiş dairə əks olunur. Dairənin mərkəzi hissəsində səkkizguşəli ulduzun daxilində “75” rəqəmləri həkk edilir.
2.2. Dekorativ cilalama və səkkizguşəli ulduz qızıl suyuna, dairə və “75” rəqəmləri isə gümüş suyuna çəkilir. Dekorativ cilalama, dairədə olan yazılar və təsvirlər qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfində burulmuş qaytan formasında dekorativ elementlə əhatələnmiş dairə əks olunur. Dairənin mərkəzi hissəsində təyyarə təsviri, onun ətrafında yuxarı qövs boyunca “Mülki aviasiyanın inkişafına verdiyi töhfəyə görə” sözləri həkk edilir. Dairənin aşağı hissəsində səkkizguşəli ulduz təsvir olunur.
3.2. Dekorativ cilalama, təyyarə və səkkizguşəli ulduz qızıl suyuna, dairə və dairədə olan sözlər isə gümüş suyuna çəkilir. Dekorativ cilalama, dairədə olan yazılar və təsvirlər qabarıqdır.

Maddə 4. Medalın elementləri

4.1. Medal 30 mm x 47 mm ölçülü düzbucaqlı metal lövhənin aşağı hissəsinə bərkidilmiş 32 mm x 2 mm ölçülü təbəqəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhəyə Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli üfüqi zolaqlara bölünmüş dairəvi xara lentdən üz çəkilir. Lövhənin ön tərəfindəki qırmızı zolağın ortasında ağ rəngdə aypara və səkkizguşəli ulduz təsvir edilir.
4.2. Lövhənin ön tərəfində mavi rəngli zolağın yuxarı hissəsinə eni 2 mm olan təbəqə bərkidilir. Lövhənin arxa tərəfində mavi rəngli zolağın yuxarı hissəsinə paltarın yaxasına taxılmaq üçün element bərkidilir. Lövhənin yuxarı və aşağı hissələrindəki təbəqələrin arasında məsafə 45 mm-dir. 

SƏNƏDLƏR Sərəncamlar 13 mart 2025
12:28
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 2008-ci il 23 may tarixli 2834 nömrəli, “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2009-cu il 16 yanvar tarixli 118 nömrəli və “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2013-cü il 7 mart tarixli 2784 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə...

13 mart 2025, 12:28
SƏNƏDLƏR Fərmanlar 13 mart 2025
12:26
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də, 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi”ndə, 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə, 2022-ci il 21 oktyabr tarixli 1861 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi”ndə və 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

13 mart 2025, 12:26