M.Ç.Cabbarovun Azərbaycan Respublikasının təhsil naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

19 aprel 2013, 16:40

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının təhsil naziri təyin edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2013-cü il.