17:55
Dekabrın 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasının Prezidenti xanım Maya Sandu ilə görüşü olub.
Prezident Maya Sandu dövlətimizin başçısını salamladı: Salam, cənab Prezident.
Prezident İlham Əliyev: Salam, Sizinlə tanışlığıma şadam.
Prezident Maya Sandu: Sizinlə də şəxsən tanışlığıma şadam.
Prezident İlham Əliyev: Sizi görmək çox xoşdur.
Prezident Maya Sandu: Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Bu bizim birinci görüşümüzdür. Mən Sizi seçkilərdə qələbə münasibətilə bir daha təbrik etmək və Sizə uğurlar arzulamaq istəyirəm.
Prezident Maya Sandu: Çox sağ olun.
Prezident İlham Əliyev: Ümid edirəm ki, ölkələrimiz arasında münasibətlər müsbət məcrada inkişaf etməyə davam edəcək. Bu baxımdan şəxsi təmaslar çox vacib rol oynayır.
Prezident Maya Sandu: Elədir ki, var. Çox sağ olun cənab Prezident. Sizə qaz böhranı keçirdiyimiz müddətdə bizə dəstək olduğunuza görə minnətdarlığımı bildirmək istəyirəm. Biz potensial həlləri araşdıra bilərdik. Sonda biz qısamüddətli həll yolunu tapdıq. Lakin biz enerji sektorunda əməkdaşlığımızı müzakirə etmək istəyirik. Əlbəttə ki, biz biznes baxımından əməkdaşlığımızın dərinləşdirilməsi, fikir mübadiləsinin aparılması üçün imkanları araşdırmaqda həmişə maraqlıyıq. Biz Moldovada biznes mühitinin yaxşılaşdırılmasında çox maraqlıyıq. Biz insanlarımız üçün daha çox iş yerləri yaratmaq istəyirik. Biz xaric investorların cəlb edilməsində və istənilən digər ölkələr kimi yeni bazarların tədqiqində maraqlıyıq. Beləliklə, mən təmasların yaradılması və biznes forumlarını təşkil etməklə biznesmenlərimizə bir-biri ilə ünsiyyət yaratmağa kömək imkanını görürəm ki, hər iki ölkənin vətəndaşlarına kömək edə bilək.
Prezident İlham Əliyev: Bəli, mən Sizinlə razıyam. Hesab edirəm ki, biz hökumətlərarası birgə komissiyanın fəaliyyətini də gücləndirməliyik. Komissiyanın yeni toplantısı keçirilməlidir. Çünki komissiyanın üzvləri demək olar on ildir ki, bir araya gəlmirlər. Bəzi məlumatlara baxdım və gördüm ki, qarşılıqlı ticarətin səviyyəsi çox kiçikdir. Hesab edirəm bunun artırılması üçün potensial var. Lakin bunun üçün Sizin dediyiniz kimi biznes dairələri bir araya gəlməlidir. Komissiyanın toplantısı olsa onlar, həmçinin potensial investisiya imkanları, biznes mühiti haqqında təqdimatlar edə bilərlər ki, biz də qarşılıqlı ticarətin səviyyəsini artıra bilək. Hesab edirəm ki, biz bir-birimizə təklif edə biləcəyimiz çoxlu malları müəyyən edə bilərik. Enerji əməkdaşlığı məsələsində bilirsiniz ki, biz Avropa təsisatları ilə fəal işləyirik, Avropa İttifaqına üzv dövlətlərlə əməkdaşlıq və yeni bazarlara çıxış bizim üçün böyük əhəmiyyət kəsb edir. Buna görə düşünürəm ki, bu məsələ ilə bağlı ümumi zəmini tapacağıq.
X X X
Görüşdə, həmçinin Azərbaycanın və Moldovanın bir-birinin ərazi bütövlüyünü daim dəstəklədiyi qeyd olundu. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, yaxın vaxtlarda hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi, iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması, enerji, investisiya sahələrində, eyni zamanda, ölkələrimizin biznes dairələri arasında əməkdaşlıq məsələləri müzakirə edildi.




Hörmətli xanım Prezident,
Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost xalqınıza öz adımdan və Az...
11 noyabr 2026, 11:10
Hörmətli cənab Prezident.
Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Polşa xalqına öz adımdan və Azər...
10 noyabr 2026, 11:41Hörmətli cənab Prezident.
Əziz Qardaşım.
İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların...
10 noyabr 2026, 11:39Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmət...
09 noyabr 2026, 14:00Əlahəzrət,
Kamboca Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Kamboca arasında münasibətlərin yüksələn x...
09 noyabr 2026, 11:22