İlham Əliyev İsrailin sabiq xarici işlər nazirini qəbul edib

04 noyabr 2021, 16:15
İlham Əliyev İsrailin sabiq xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də İsrailin sabiq xarici işlər naziri Tzipi Livnini qəbul edib.

Görüşdə “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumunun önəminə toxunuldu, Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışının böyük maraqla qarşılandığı bildirildi. Vurğulandı ki, tədbirdə çox sayda mötəbər qonağın iştirak etməsi Qlobal Bakı Forumunun əhəmiyyətini bir daha nümayiş etdirir.

Söhbət zamanı bu Forumun pandemiyadan sonrakı dövrdə beynəlxalq birliyin üzləşdiyi məsələlərin müzakirə edildiyi ilk tədbirlərdən biri olduğu məmnunluqla qeyd edildi.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 17 may 2025
12:42
Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli...

17 may 2025, 12:42