17:55
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyublar.
Dövlət başçıları əvvəlcə aqroparkın ərazisində çinar ağacı əkdilər.
Sonra prezidentlər Anadolu Agentliyinin Vətən müharibəsini özündə əks etdirən fotosərgisinə baxdılar.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ön sözünü yazdığı və Anadolu Agentliyi tərəfindən hazırlanan “Qarabağ Zəfəri” kitabını Prezident İlham Əliyevə təqdim etdi.
Tədbirin aparıcısı Günel Mönsümova dedi: Bəli, zəngilanlılar bu ili 27 il idi gözləyirdi. 27 il biz bunun xəyalları ilə yaşadıq. Bu xəyallarla yaşayan keçmiş məcburi köçkünlərdən biri də mən idim. 27 il idi mən Zəngilanın işğaldan azad olunma xəbərini bir jurnalist olaraq səsləndirmək xəyalı ilə yaşadım və xəyallar gerçək oldu. Bəli, bu gün tarixi gündür. Bu gün Zəngilanın torpaqlarına can verilən gündür. Bu gün o torpaqları cənnət məkana çevirdiyimiz gündür. İndi Zəngilan yenidən qurulur və əvvəlkindən də gözəl əzəmətə qovuşur.
Cənab prezidentlər və əziz qonaqlar. Bildiyimiz kimi, bu torpaqlar 27 il ərzində erməni vandalları tərəfindən tar-mar olundu, daş üstündə daş qalmadı. Evlərimiz talan olundu. O evlərdən biri də mənim evim idi. 27 ildən sonra öz torpağıma qayıdarkən evimin bir daşını belə tapa bilmədim. Nəinki evlərimiz, meşələrimiz, ağaclarımız tar-mar olundu. 27 ildən sonra biz qardaş Türkiyə ilə əl-ələ verib bu torpaqları yenidən ayağa qaldırırıq. Bu torpaqlara yenidən can verməyə gəlmişik, viran qalmış torpaqlarımızı cənnətə çevirməyə gəlmişik.
İndi icazə verin, “Dost Aqropark” ilə tanış olaq.
Türk və azərbaycanlı sərmayədarlar tərəfindən Zəngilanda həyata keçiriləcək "Dost Aqropark" layihəsi üç mərhələdə icra olunacaq. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq.
Dövlət başçıları "Dost Aqropark"ın təməlini qoydular.
Layihə başa çatdıqda 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı sistemi inşa ediləcək.
Daha sonra aqroparkda əkinə start verildi.
Prezidentlər "Dost Aqropark"ın fəaliyyətinə xeyir-dua verdilər.
Kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyəcək. "Dost Aqropark" kompleksində ağıllı kənd təsərrüfatı texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulacaq. Aqropark tam işə düşdükdən sonra burada 500 nəfərə iş imkanı yaradılacaq.





















Hörmətli xanım Prezident,
Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost xalqınıza öz adımdan və Az...
11 noyabr 2026, 11:10
Hörmətli cənab Prezident.
Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Polşa xalqına öz adımdan və Azər...
10 noyabr 2026, 11:41Hörmətli cənab Prezident.
Əziz Qardaşım.
İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların...
10 noyabr 2026, 11:39Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmət...
09 noyabr 2026, 14:00Əlahəzrət,
Kamboca Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Kamboca arasında münasibətlərin yüksələn x...
09 noyabr 2026, 11:22