Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun fəaliyyətinin təmin edilməsi və “İxracın və investisiyaların təşviqi sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 451 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

23 iyul 2021, 15:50

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qərara alıram:

1. “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun Strukturu” təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun (bundan sonra – Agentlik) nizamnamə fondu 1 milyon manatdır və “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-cu il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının 1.11.7.4-cü yarımbəndində nəzərdə tutulan vəsaitin qalığı hesabına formalaşır.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. xarici dövlətlərin investisiya təşviqi qurumlarının maliyyələşdirilməsi sahəsində mütərəqqi təcrübəsi nəzərə alınmaqla, Agentliyin fəaliyyətinin maliyyələşdirilməsi mexanizmi ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Agentlik tərəfindən ixracatçılara və investorlara göstərilən xidmətlərin siyahısını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikası Prezidentinə məlumat versin;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

5.1. Agentliyin fəaliyyətinin təşkili ilə bağlı tədbirlər görsün;

5.2. Agentliyin əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşlarının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. “İxracın və investisiyaların təşviqi sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 451 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2608) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 2.2-ci, 4.4-cü bəndlər və 6-cı hissə ləğv edilsin;

6.2. 2.3-cü bənddə “rəhbərliyi” sözü “ümumi rəhbərliyi və nəzarəti” sözləri ilə, “9” rəqəmi “7” rəqəmi ilə əvəz olunsun və həmin bəndə “göstərən” sözündən sonra “Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi” sözləri əlavə edilsin;

6.3. 2.4-cü bənddə “, kənd təsərrüfatı və vergilər” sözləri “və kənd təsərrüfatı” sözləri ilə əvəz edilsin və həmin bənddən “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavinindən,” sözləri çıxarılsın;

6.4. 3.1.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.1. nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;”;

6.5. aşağıdakı məzmunda 3.1.3-cü və 3.1.4-cü yarımbəndlər əlavə edilsin:

“3.1.3. Agentliyin strukturunun təsdiqi;

3.1.4. Agentliyin idarəetmə orqanlarının yaradılması və Müşahidə Şurasının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;”;

6.6. 5.1-ci bənddə “Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin” sözləri “tədbirlər görsün” sözləri ilə əvəz edilsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyul 2021-ci il

SƏNƏDLƏR Fərmanlar 15 iyul 2026
16:05
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” Azərbaycan...

15 iyul 2026, 16:05
SƏNƏDLƏR Fərmanlar 15 iyul 2026
16:03
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 371-VIIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası...

15 iyul 2026, 16:03
SƏNƏDLƏR Fərmanlar 15 iyul 2026
16:00
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr...

15 iyul 2026, 16:00
SƏNƏDLƏR Fərmanlar 15 iyul 2026
15:58
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 388-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli...

15 iyul 2026, 15:58
SƏNƏDLƏR Sərəncamlar 15 iyul 2026
15:56
“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, normativ hüquqi bazanın və...

15 iyul 2026, 15:56