12:50

Hörmətli həmvətənlər!
Sizi və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
İnsanları humanizmə, mərhəmətə və vəhdətə dəvət edən Qurban bayramında müsəlmanlar Haqq yolunda, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, Ulu Yaradana yaxınlığın sevincini yaşayırlar.
Bəşər mədəniyyətinin möhtəşəm mərhələsini təşkil edən İslam sivilizasiyası xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi İslam adət-ənənələri və mənəvi-əxlaqi dəyərləri Azərbaycanda hər zaman uca tutulmuşdur. İslam dünyasının tarixi-mədəni mərkəzlərindən biri kimi Azərbaycan dünya mədəniyyətinə və elmi-fəlsəfi fikrinin inkişafına misilsiz töhfələr bəxş etmişdir.
Əziz bacı və qardaşlarım!
Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman övladlarımızın nurlu xatirəsini bu mübarək bayram günlərində dərin ehtiramla yad edirik. Xalqımız şəhidlərimizin şərəfli adını heç zaman unutmayacaq, onların ailələri və qazilərimiz dövlətin daimi diqqət və qayğısı ilə əhatə olunacaqdır. Əminəm ki, ölkəmizin rifahı, firavanlığı üçün edilən dualar, torpaqlarımızın işğaldan azad olunmasının doğurduğu Qələbə ovqatı və Allaha şükranlıq hissi ilə kəsilən qurbanlar cəmiyyətimizdə milli-mənəvi həmrəylik ruhunu daha da gücləndirəcək, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir.
Dua və niyyətlərinizin Tanrı dərgahında qəbul olunması diləyi ilə bir daha hamınıza xoşbəxtlik, ailələrinizə əmin-amanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 iyul 2021-ci il
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Türk Dövlətləri Təşkilatı adından və şəxsən öz adımdan Zati-alinizi...
02 iyun 2025, 12:00Hörmətli tədbir iştirakçıları!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Sizi “Bakı Enerji Həftəsi”nin öz işinə başlaması münasibətilə səmimi-qəlbdən salamlayıram.
Bu mühüm tədbir enerji sahəsində nailiyyətlərimizin təqdimatı...
02 iyun 2025, 11:57Hörmətli cənab Prezident,
2 İyun – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Dostluq, qarşılıqlı hörmət və...
02 iyun 2025, 11:07Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin adından Sizi və Azərbaycan Respublikasının bütün xalqını 28 May - Müstəqillik Günü...
30 may 2025, 20:20Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Xahiş edirəm, ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı qəbul...
30 may 2025, 20:11Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Sizi Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
28 May Azərbaycan xalqının milli...
30 may 2025, 20:00Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Sizi təbrik edir, xalqınıza firavanlıq və əmin-amanlıq...
30 may 2025, 19:46Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına Monqolustan xalqı adından səmimi...
30 may 2025, 19:44