10:15
“Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
16 yanvar 2021, 15:45Lotereyaların və idman mərc oyunlarının keçirilməsindən əldə edilən gəlirdən təyinatı üzrə istifadənin səmərəliliyinin artırılması, dövlət-özəl tərəfdaşlığı çərçivəsində qeyd edilən sahənin inkişafı üçün investisiyaların və yeni texnologiyaların cəlb edilməsi əsas prioritet istiqamətlərdəndir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 9 fevral tarixli 437 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. “Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkəti arasında “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair Müqavilə”nin Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 9 fevral tarixli 437 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında Əsasnamə”nin tələbləri nəzərə alınmaqla bağlanmasını iki ay müddətində təmin etsin;
2.2. bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş müqavilə bağlandıqdan sonra onu təsdiq etsin;
2.3. “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar lotereyaların, idman mərc oyunlarının təşkili və keçirilməsi, vergitutma, malların (işlərin və ya xidmətlərin) satın alınması ilə bağlı dövlət satınalmaları, dövlətə məxsus hüquqi şəxslərin daxili və xarici borcalması, o cümlədən borcalmanın yuxarı həddi, habelə paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması sahələrində mövcud tələblərin və prosedurların sadələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
3.1. bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş müqavilə təsdiq edildikdən sonra “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkəti ilə təhvil-təslim işlərinin beş ay müddətində həyata keçirilməsini təmin etsin;
3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 yanvar 2021-ci il.
10:15
14:35
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
1. 2024-cü il avqustun 1-də Bakı şəhərində Azərbaycan Respublikasının Dövlət...
11 dekabr 2024, 14:3511:25
09:09
Hörmətli cənab Prezident,
Keniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı...
11 dekabr 2024, 09:0917:35
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq...
10 dekabr 2024, 17:3517:00
16:08
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) maliyyə nəticələrinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin...
10 dekabr 2024, 16:0812:57
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2024-cü il sentyabrın 3-də Buxarest şəhərində imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri...
09 dekabr 2024, 12:5712:55
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar...
09 dekabr 2024, 12:5512:53
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Azərbaycan...
09 dekabr 2024, 12:5317:52
Hörmətli cənab Prezident,
Avropa İttifaqı Şurasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi təbrik edirəm.
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələri geniş gündəliyə malikdir və enerji, o...
06 dekabr 2024, 17:5217:50
Hörmətli xanım Prezident,
Avropa Komissiyasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi-ticari, nəqliyyat-kommunikasiya, təhlükəsizlik, xüsusilə də...
06 dekabr 2024, 17:50