01 dekabr 2020, 18:15

Mirdaməd Sadıqovdan, Bakı, Azərbaycan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri, Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyev!

Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı böyük uğurlar və Qələbəyə görə, xüsusilə də bütün işğal altında olan ərazilərimizin Ermənistanın işğalçı ordusundan azad edilməsi münasibətilə respublikanın və UNEC-in iqtisadçı alimləri və heyəti adından Sizi səmimi qəlbdən təbrik edir, Böyük Yaradanın nəzərləri üzərinizdə olmaqla Azərbaycanın bundan sonra da çiçəklənməsi naminə Sizə zəfərli və uğurlu günlər arzulayıram.

Sizin rəhbərliyiniz ilə müharibədə qazandığımız qələbə, diplomatiyada qələbə, siyasətdə qələbə, dövlət-xalq-ordu birliyi bundan sonra da Azərbaycanımıza xoş günlər və böyük inkişaf üçün zəmin yaradacaq. Möhtərəm Ali Baş Komandan bu yolda Sizinlə bir yerdəyik və Sizin bütün tapşırıqlarınızı yerinə yetirməyə hazırıq. Sizin Azərbaycana tarixdə görünməyən böyük qələbələr bəxş edən zəkanız respublikanın qürur mənbəyidir. Tanrı Sizi, Azərbaycanımızı, xalqımızı qorusun!

Hörmətlə,

“Şöhrət” ordenli Mirdaməd Sadıqov.

Azərbaycan Respublikası, Bakı şəhəri.