02 dekabr 2020, 14:35

Elşən Gəncəvidən, Cəbrayıl, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Azərbaycan xalqına yaşatdığınız tarixi Qələbə üçün Sizə minnətdaram. Sizin müdrik addımlarınızla dünya tarixinə Azərbaycanın şanlı zəfəri qızıl hərflərlə yazıldı. Sizinlə fəxr edirik! Cəbrayıl rayonunun və dünyaya gəldiyim Süleymanlı kəndinin işğaldan azad olunmasını Sizin səsinizlə eşitmək mənim üçün tarixi an oldu. Sizin tarixi səsiniz yaddaşıma xüsusi həkk olundu. “Qarabağ Azərbaycandır!” ifadəsi müqəddəs müharibəmizdə bizim səsimizi tarix etdi. Bütün cəbrayıllıların tarixi səsi Sizinlədir! Səsimiz tarixdir! Sizin şərəfli və tarixi missiyanızda, dövlətimizin inkişafı yolunda hər zaman Sizin xidmətinizdəyəm! Sizinlə birlikdə addımlamaq bizə şərəf, mənə isə mənəvi borcdur! Cəbrayıl Azərbaycandır! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu)

AMV Şirkətlər Qrupunun (AMV GROUP) direktoru

Azərbaycan Respublikası, Cəbrayıl rayonu, Süleymanlı kəndi.