İlham Əliyev general Həzi Aslanovun abidəsinin, Bakı funikulyorunun əsaslı şəkildə yenidən qurulması, Dağüstü Parkda İstiqlal muzeyinin inşası və Dənizkənarı Milli Parkın genişləndirilməsi ilə bağlı həyata keçirilən işlərin gedişi ilə tanış olmuşdur

25 aprel 2012, 19:00
İlham Əliyev general Həzi Aslanovun abidəsinin, Bakı funikulyorunun əsaslı şəkildə yenidən qurulması, Dağüstü Parkda İstiqlal muzeyinin inşası və Dənizkənarı Milli Parkın genişləndirilməsi ilə bağlı həyata keçirilən işlərin gedişi ilə tanış olmuşdur

Prezident İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun abidəsinin, Bakı funikulyorunun əsaslı şəkildə yenidən qurulması, Dağüstü Parkda İstiqlal muzeyinin inşası və Dənizkənarı Milli Parkın genişləndirilməsi ilə bağlı həyata keçirilən işlərin gedişi ilə tanış olmuşdur. 

Prezident İlham Əliyevə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun abidəsinin təmiri, abidənin ətrafında həyata keçirilən abadlıq və quruculuq işlərinin gedişi barədə məlumat verildi.

Sonra Prezident İlham Əliyev Bakı funikulyorunun “Şəhidlər xiyabanı” stansiyasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış oldu. Yeni funikulyorun müasir standartlara uyğun layihə əsasında işlənib hazırlandığı qeyd edildi.

Dövlət başçısı Bakı funikulyorunun “Bəhram Gur” stansiyasında görülən işlərin gedişi ilə də yaxından tanış oldu, yeni gətirilmiş vaqonlara baxdı. Prezident İlham Əliyev funikulyorun ətraf ərazilərində də abadlıq işlərinin aparılması ilə bağlı göstərişlər verdi.

Dövlət başçısı Dağüstü parkda inşa olunan İstiqlal muzeyinin tikinti işlərinin gedişi ilə də maraqlandı. Burada görülən işlər barədə Prezidentə məlumat verildi. Dövlət başçısı Dağüstü parkdan Dənizkənarı Milli Parkın ərazisinə baxdı. Sonra Prezident İlham Əliyev Dənizkənarı Milli Parkın genişləndirilmiş ərazisində görülən işlərin gedişi ilə yerindəcə tanış oldu. Burada həyata keçirilən işlər barədə də dövlətimizin başçısına məlumat verildi. Abadlıq və yenidənqurma işlərinin gedişi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 25 avqust 2026
16:29
Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İpəkçilik və xalçaçılıq Azərbaycan xalqının zəngin tarixi-mədəni irsində mühüm yer tutan, kənd təsərrüfatı və yüngül sənaye sahələri ilə sıx əlaqədə formalaşmış ənənəvi sənətkarlıq sahələridir. Bu sahələrin inkişafı qeyri-neft-qaz sektorunun şaxələndirilməsinə, regio...

25 avqust 2026, 16:29
SƏNƏDLƏR Fərmanlar 25 avqust 2026
16:28
“Dənizkənarı Bulvar İdarəsi” və “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bəzi dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxs “Dənizkənarı Bulvar” Qapalı Səhmdar Cəmiyyə...

25 avqust 2026, 16:28
SƏNƏDLƏR Sərəncamlar 25 avqust 2026
16:27
2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Müəyyən edilsin ki, 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd ...

25 avqust 2026, 16:27
SƏNƏDLƏR Sərəncamlar 25 avqust 2026
16:26
“Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 may tarixli 2665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələl...

25 avqust 2026, 16:26