22 oktyabr 2020, 17:10

Nazim Niftəliyevdən, Mingəçevir, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Biz Sizin 30 ildir gözlədiyimiz haqq işinizi dəstəkləyir və sıravi Azərbaycan vətəndaşı kimi hər zaman səsinizə səs verməyə hazır olduğumuzu bildiririk.

Sizin düzgün və uğurlu siyasətiniz nəticəsində Qarabağ uğrunda gedən döyüşlərdə əzəli torpaqlarımızın qaytarılmasına sevinir və hədsiz qürur hissi duyuruq. Xalqımız öz tarixinin şanlı və qürurverici səhifələrindən birini yaşamaqdadır. Minlərlə azərbaycanlının canını verdiyi, milyonlarla vətəndaşın isə can verməyə hazır olduğunu, hər bir qarış Vətən torpağı üçün bu savaşa hazır olduğumuzu bilməyinizi istəyirəm.

İnşallah, ən qısa zamanda hərbçilərimizin Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının üç rəngli, ay ulduzlu Dövlət Bayrağını necə ki, Cəbrayılda, Füzulidə, Zəngilanda və digər rayonlarda, qəsəbələrdə, kəndlərdə, strateji yüksəkliklərdə səmaya qaldırıblar, tezliklə həmin bayrağımızı Şuşada, Kəlbəcərdə, Xankəndidə, Laçında, Ağdamda, Ağdərədə və bütün Qarabağda görünəcəyinin şahidi olarıq. Damarlarında azərbaycanlı qanı axan biri olaraq, Sizin bir əmrinizlə Vətənimin qulluğunda durmağa hər zaman hazıram.

Tanrı Sizi qorusun, Tanrı döyüşən əsgər və zabitlərimizi qorusun, Tanrı hər bir azərbaycanlını qorusun.

Allahdan Şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımıza rəhmət diləyirəm. Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Nazim Niftəliyev

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.