İran İslam Respublikasının Prezidenti Həsən Ruhani İlham Əliyevə telefonla zəng edib

06 oktyabr 2020, 20:00

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Həsən Ruhani Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın davam etməsindən ölkəsinin narahatlığını ifadə edib və münaqişənin tez bir zamanda sülh yolu ilə həll olunacağına ümidvar olduğunu bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, sentyabrın 27-dən başlamış və bu gün də davam edən Ermənistanın hərbi təxribatı nəticəsində təmas xətti boyu yerləşən hərbi birləşmələrimizin mövqeləri və yaşayış ərazilərimiz Ermənistan tərəfindən ağır artilleriya atəşinə məruz qalıb. Nəticədə hərbi qulluqçularımız, 27 mülki şəxsimiz həlak olub, 170-dən çoxu yaralanıb, 900-dən artıq evə ziyan dəyib və ya tamamilə dağıdılıb. Azərbaycan tərəfi uğurlu əks-hücum əməliyyatları həyata keçirərək, işğal olunmuş torpaqlarımızın bir hissəni işğaldan azad edib.

Dövlətimizin başçısı qeyd edib ki, İran-Azərbaycan dövlət sərhədinin işğal olunmuş ərazisinin bir hissəsi Azərbaycanın nəzarətinə keçib və sərhəd boyu işğaldan azad olunmuş ərazilərdə tezliklə Azərbaycan sərhəd qoşunlarının və sərhəd infrastrukturunun yerləşdirilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev bildirib ki, Ermənistanın davam edən hərbi təcavüzü və təxribatları regionda sülhün və təhlükəsizliyin təmin olunması işində ən böyük əngəldir.

Prezident İlham Əliyev və Prezident Həsən Ruhani ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin gələcək uğurlu inkişafı ilə bağlı məsələləri müzakirə edib və əlaqələrimizin ölkələrimizin və xalqlarımızın maraqlarına uyğun olaraq bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə ümidvar olduqlarını bildiriblər.

SƏNƏDLƏR Sərəncamlar 08 may 2025
16:27
Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının...

08 may 2025, 16:27
SƏNƏDLƏR Sərəncamlar 08 may 2025
16:21
Azərbaycan Respublikasının mədəniyyət və elm xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...

08 may 2025, 16:21