Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

05 avqust 2020, 11:30

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 2,65 milyon (iki milyon altı yüz əlli min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 avqust 2020-ci il.

XƏBƏRLƏR Tədbirlər 24 avqust 2026
16:45
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində “Poyi-Kalon” kompleksi ilə tanış olublar....

24 avqust 2026, 16:45
XƏBƏRLƏR Tədbirlər 24 avqust 2026
16:40
İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində “Ark” qalası ilə tanış olublar

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində “Ark” qalası ilə tanış olublar.

“Ark” qal...

24 avqust 2026, 16:40