İlham Əliyev “Azərişıq” ASC-nin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin istifadəyə verilməsi tədbirində iştirak edib

29 iyul 2020, 15:10
İlham Əliyev “Azərişıq” ASC-nin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin istifadəyə verilməsi tədbirində iştirak edib

İyulun 29-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına məlumat verdi ki, bu şəbəkə tərəfindən 21353 əhali, 1806 qeyri-əhali abonenti olmaqla, ümumilikdə 23159 abonentə xidmət göstərilir. Rayonun elektrik təchizatının yaxşılaşdırılması, abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması məqsədilə Katex kəndindəki 110/6 kV-luq "Qafqaz" yarımstansiyasında əsaslı yenidənqurma işləri aparılıb, 35/6 kV-luq "Kortala" yarımstansiyası tikilib, 35 kV-luq "Kortala" hava xətti çəkilib. Rayon ərazisində köhnə tipli 36 komplekt transformator məntəqələri müasirləri ilə əvəz olunub, yeni hava və kabel xətləri çəkilib və 1872 müxtəlif gərginlikli dayaq quraşdırılıb. 6 kəndin açıq naqillərdən ibarət olan 0,4 kV-luq şəbəkələrində yenidənqurma işləri aparılıb.

Bildirildi ki, Ağıllı Şəbəkələr konsepsiyasına uyğun olaraq Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi yaradılıb və xüsusi proqram təminatı vasitəsilə elektrik enerjisinin alış nöqtəsindən istehlak nöqtəsinə qədər bütün mərhələlərdə şəbəkənin idarə olunması, balansın real-vaxt rejimində və texnoloji itkilər müəyyənləşdirilərək təhlil edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi, xətlər üzrə yük parametrlərinin virtual arxivləşdirilməsi, elektron xəritə vasitəsilə abonentlərin müraciətlərinə əsasən texniki şərtlərin verilməsi, istehlakçıların elektrik şəbəkəsinə qoşulması barədə sənədlərin hazırlanması işləri həyata keçiriləcək. Mərkəz, həmçinin yüksək və aşağı gərginlikli şəbəkələrdə fasiləsiz və keyfiyyətli elektrik enerjisinə nəzarətin təmin edilməsində, sərfiyyat göstəricilərinin monitorinqinin aparılmasında, elektrik şəbəkələrində açılma və qoşulmaların real-vaxt rejimində qeydiyyatında xüsusi rol oynayacaq.

Qeyd edildi ki, görülmüş tədbirlər və qoyulmuş investisiyalar nəticəsində Balakən elektrik şəbəkəsində itkilər 5,2 faiz azalıb, 10,0 milyon kilovat-saat elektrik enerjisinə qənaət olunub. Faydalı elektrik enerjisinə görə yığım göstəriciləri 87 faizə çatdırılıb.

Sonra Prezident İlham Əliyev şəhərin kommunal təsərrüfatı üçün alınan texnikaya baxdı.

Bildirildi ki, bu məqsədlə Gəncə avtomobil zavodunun istehsalı olan iki traktor, bir traktor qoşqusu və küçə süpürən texnika Balakənə gətirilib.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Məktublar 12 iyun 2025
10:36
Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusunda ikinci iclasının iştirakçılarına

Hörmətli iclas iştirakçıları!

Sizi Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi...

12 iyun 2025, 10:36
SƏNƏDLƏR Fərmanlar 11 iyun 2025
15:42
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

11 iyun 2025, 15:42
SƏNƏDLƏR Sərəncamlar 11 iyun 2025
13:11
Xaçmaz rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (28 km)–Köhnə Xaçmaz–Xaspoladoba–Gəncəli–Bəbəli–Əzizli–Əhmədoba–Müşviq–Müşkür–Hacıqazma–Hacıəhmədoba–Şərifoba–Qaracəlli–Xəzərli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

  Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. On iki min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə...

11 iyun 2025, 13:11
SƏNƏDLƏR Qanunlar 10 iyun 2025
15:42
“Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

PDF yükləyin

10 iyun 2025, 15:42
SƏNƏDLƏR Qanunlar 10 iyun 2025
15:40
“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikası...

10 iyun 2025, 15:40