Azərbaycan Respublikası Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

20 iyul 2020, 16:17

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Mədəniyyət nazirinin birinci müavini Anar Qabil oğlu Kərimova verilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 iyul 2020-ci il.