İlham Əliyev “Bakı Ağ şəhər”in təməl daşının qoyulması mərasimində iştirak etmişdir

24 dekabr 2011, 19:00
İlham Əliyev “Bakı Ağ şəhər”in təməl daşının qoyulması mərasimində iştirak etmişdir

Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 24-də yeni salınacaq “Bakı Ağ şəhər”in təməl daşının qoyulması mərasimində iştirak etmişlər.

Dövlət başçısı İlham Əliyev ailə üzvləri ilə birlikdə yeni salınacaq “Ağ şəhər”in təməl daşının qoyulması mərasimində iştirak etmək üçün Bakının Xətai rayonuna gəldilər.

“Bakı Ağ şəhər” layihəsi üzrə görülən və görüləcək işlər barədə Prezident İlham Əliyevə məlumat verildi. Bildirildi ki, Bakının ekoloji cəhətdən ən yararsız, neft və neft tullantıları ilə çirklənmiş ərazilərində yeni inkişaf layihəsinə uyğun olaraq ən müasir və böyük yaşayış mərkəzi yaradılacaqdır. Burada, həmçinin inzibati binalar, müxtəlif ticarət mərkəzləri tikiləcək, istirahət parkları və yeni yaşayış mərkəzini dənizlə birləşdirəcək bulvar salınacaqdır. “Bakı Ağ şəhər”də sosial infrastruktur ən müasir tələblər səviyyəsində qurulacaqdır.

Layihənin planı ilə tanışlıqdan sonra dövlət başçısı təmizlənmiş ərazilərə baxdı, burada görülmüş işlərlə yerində tanış oldu.

Qeyd edildi ki, bu ərazidə yeni yaşayış binalarının inşa olunması üçün hazırlıq işləri aparılır. Bakı buxtasının mərkəzində yerləşən və 221 hektar sahəni əhatə edən bu ərazi vaxtilə “Qara şəhər” kimi tanınırdı və ekoloji baxımdan tamamilə yararsız vəziyyətdə idi. “Bakı Ağ şəhər” layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi Fərmanı ilə təsdiq olunmuşdur. Layihənin baş məsləhətçisi Böyük Britaniyanın dünyada tanınmış beynəlxalq layihələndirmə şirkətidir.

Layihənin hazırlanmasında yerli mütəxəssislərlə yanaşı, xarici şirkətlərin əməkdaşları da iştirak etmişlər. Yeni layihənin icrasına başlanılması xarici və yerli sərmayədarlar üçün də geniş imkanlar açır.

Ərazi ilə yaxından tanış olan dövlət başçısı “Ağ şəhər”in rəmzi təməl daşının üzərindən örtüyü götürdü.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ərazidə ağac əkdilər.

Dövlət başçısı mərasim iştirakçılarını salamlayaraq dedi:

- Sizi təbrik edirəm. Bakı şəhərində çox gözəl layihə başlayır. Şəhər içində şəhər yaradacağıq. “Ağ şəhər” layihəsi artıq bundan sonra icra edilməyə başlayır. Bu, ölkəmiz, şəhərimiz üçün çox əlamətdar hadisədir. Bu şəhərin adı da gözəldir, memarlığı, quruluşu da. Bu şəhərin Bakıda yaradılması rəmzi məna daşıyır. Çünki “Qara şəhər” ərazisində “Ağ şəhər” yaradılır. Bakının, Azərbaycanın zəngin neft yataqlarından müxtəlif insanlar istifadə etmişlər. Öz maddi imkanlarını yaxşılaşdırmışlar. Ancaq şəhərimizin ekoloji vəziyyətinə çox böyük zərbələr vurmuşdular. Ekoloji normalara riayət etmədən neft əməliyyatlarının aparılması nəticəsində bura “Qara şəhər”ə çevrildi. İndi bu ərazini təmizləmək üçün nə qədər böyük səylər göstərilir. Bir neçə metr dərinlikdən neft tullantıları çıxarıldı, ekoloji tədbirlər görüldü. Ümumiyyətlə, bu ərazinin təmizlənməsi Bakının ekologiyası üçün əvəzsiz məsələdir. Ancaq təmizləyəndən sonra bu ərazidə yeni şəhərin salınması müasir Azərbaycanın inkişafını göstərən vacib hadisədir.

Bu şəhər tikiləcək. Bu şəhər yaşayacaq. Şəhər içində “Ağ şəhər”də on minlərlə insan yaşayacaq. Gözəl ofislər, yaşayış binaları tikiləcək, ictimai yerlər, dənizkənarı yeni bulvar salınacaqdır. Planlarımız çoxdur. İndi Bakının gözəlləşməsi ilə bağlı çox böyük tədbirlər görülür. Bakı bulvarı bir neçə dəfə uzadılır. Hazırda 4 kilometrdir. Bir neçə aydan sonra biz yeni bulvarın açılışını qeyd edəcəyik. Yeni bulvar Dövlət Bayrağı Meydanı ilə birlikdə 10 kilometrdən daha da böyük məsafəni əhatə edəcəkdir. Həm şəhər sakinləri üçün, gəzinti üçün, istirahət etmək üçün yeni imkanlar yaradılır. Eyni zamanda, şəhərin bu tərəfini də abadlaşdıracağıq. Burada da yeni bulvarlar salınacaqdır. Beləliklə, sahil boyu bəlkə də 10 kilometrlərlə ölçülən yeni ictimai yerlər yaradılacaqdır.

Mən əminəm ki, bu şəhərin tikintisində həm yerli, həm xarici investorlar iştirak edəcəklər. Bu layihə çox böyük peşəkarlıqla işlənilib. Bu layihə artıq mötəbər beynəlxalq tədbirlərdə, konfranslarda təqdim edilib və ən yüksək mükafatlar alıb. Dünya miqyasında ən gözəl memarlıq layihələrinin birinə çevrilibdir. Bu layihənin hazırlanmasında yerli şirkətlər, yerli memarlar, mütəxəssislər iştirak etmişlər. Eyni zamanda, dünyanın ən qabaqcıl memarlıq, dizayn və inşaat şirkətləri də bu layihənin hazırlanmasında öz səylərini göstərmişlər. Beləliklə, gün gəldi ki, biz “Ağ şəhər”in təməl daşını qoyduq. Bir müddət bundan əvvəl bütün hazırlıq işləri təşkil edilmişdir. Mənim tərəfimdən müvafiq Sərəncam verilmişdir.

Mən ümid edirəm ki, yaxın zamanlarda bu ərazilərdə gözəl binalar tikiləcək, ucaldılacaqdır. Hər bir bina memarlıq abidəsi olmalıdır. Hər bir bina çox böyük zövqlə, səliqə ilə, peşəkarlıqla tikilməlidir ki, bizim gözəl şəhərimiz daha da gözəlləşsin.

Bu layihənin hazırlanmasında və icrasında iştirak etmiş bütün insanları salamlayıram, onlara minnətdarlığımı bildirmək istəyirəm. Bu gözəl, dünya miqyasında nadir layihənin həyata keçirilməsində əməyi olan bütün insanlar yüksək qiymətə layiqdirlər. Bu layihənin bu il icrası ona görə əlamətdardır ki, dünyada indi iqtisadi-maliyyə böhranı hökm sürür. Bəzi mütəxəssislər deyirlər ki, böhranın yeni dalğası gözlənilir, bəlkə də başlamışdır. Bütün dünyanın maliyyə sektorunda böhranlı meyillər güclənir. Bəzi ölkələrdə iqtisadi böhran o həddə çatıb ki, insanlar küçələrə axışır. Pensiyalar, maaşlar kəsilir. Bütün infrastruktur layihələrinin icrası dayandırılır. Azərbaycanda isə biz böyük milyardlarla dollar həcmində ölçülən layihənin təməlini qoyuruq. Biz bilirik ki, investorlar gələcəklər. Çünki bu şəhəri tikən özəl sektor olacaqdır. Dövlət burada yalnız infrastruktur layihələrini icra edir. Burada metro stansiyası da tikiləcəkdir. Bütün xətlər, kommunal xidmətlər dövlət tərəfindən icra ediləcəkdir. Yollar və sairə. Bütün binaları, ofisləri özəl sektor tikməlidir və tikəcəkdir, həm yerli şirkətlər, həm xarici şirkətlər.

Azərbaycan xarici investisiyalar üçün çox münasib bir yerdir. Biz bütün investisiyaları alqışlayırıq. Əminəm ki, biz yaxın zamanlarda birinci binaların açılışını qeyd edəcəyik.

Sizə bu işlərdə uğurlar arzulayıram, xüsusilə inşaatçılara. Burada bütün işlər yüksək səviyyədə olmalıdır ki, şəhərimiz daha da gözəlləşsin. Fürsətdən istifadə edərək qarşıdan gələn Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə sizi və bütün Azərbaycan xalqını təbrik edirəm. Sağ olun.

Bakı “Ağ şəhər” layihəsinin baş direktoru Ruslan SADIQOV dövlət başçısına müraciət edərək dedi:

-Cənab Prezident, icazə verin fürsətdən istifadə edib kollektivin adından biz də Sizin və ailənizin Yeni ilini təbrik edək. Belə bir təməlqoyma mərasiminin Sizin məhz ad gününüzdə olması hamımız üçün böyük şərəfdir. Təbrik edirik! Sizə ailə səadəti arzulayırıq və təməlini qoyduğunuz bütün işlərdə müvəffəqiyyət arzulayırıq.

X X X

Sonda xatirə şəkli çəkdirildi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:26
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...

05 iyun 2025, 15:26
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:24
“Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 205-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:24
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:22
Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...

05 iyun 2025, 15:22
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:20
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

05 iyun 2025, 15:20
SƏNƏDLƏR Sərəncamlar 05 iyun 2025
15:08
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkilinin və keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:   ...

05 iyun 2025, 15:08
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42