İlham Əliyev Gəncə şəhərinə səfərə gəlib

24 iyun 2020, 15:30
İlham Əliyev Gəncə şəhərinə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncə şəhərinə səfərə gəliblər.

Dövlətimizin başçısı və birinci xanım ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.

Qeyd edək ki, bu, Prezident İlham Əliyevin Gəncəyə 16-cı səfəridir. Belə səfərlər zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı dövlətimizin başçısının verdiyi göstərişlər, imzaladığı sərəncamlar şəhərin hərtərəfli inkişafına zəmin yaradır. Belə ki, 2003-cü ilə nisbətdə 2019-cu ildə Gəncədə məhsul buraxılışı 4,3 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 2,8 dəfə, əsas kapitala yönəldilmiş vəsait 60 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 63,1 dəfə artıb. 2003-cü ildən 2020-ci ilin birinci rübü ərzində Gəncədə 60 587, bu il isə ödənişli əsaslarla 2075, pandemiya ilə əlaqədar üç min müvəqqəti iş yeri açılıb.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 09 noyabr 2026
14:00
Draqan Vladisavljeviçin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                            

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmət...

09 noyabr 2026, 14:00