M.M.Maqomedovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

13 iyun 2020, 15:25

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, həmçinin Azərbaycan və Dağıstan xalqları arasında dostluq, əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Maqomedali Maqomedoviç Maqomedov “Dostluq” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2020-ci il.

SƏNƏDLƏR Məktublar 06 noyabr 2026
13:05
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Zəfər Günü və Dövlət Bayrağı Günü kimi əlamətdar bayramlar münasibətilə "ACWA" şirkəti adından və şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının qardaş xalqına ən səmimi ...

06 noyabr 2026, 13:05